"Breksit" Böyük Britaniyaya 50 milyarda başa gələcək

Ötən il keçirilən referendumun nəticələrinə əsasən, Böyük Britaniya Avropa İttifaqından çıxmaq qərarı almışdı.

Artıq krallıq Avropa İttifaqından ayrılış prosesinə start verir. Lakin bu, heç də itkisiz ötüşməyəcək. Belə ki, Böyük Britaniya, Birliyi tərk etmək üçün 50 milyard funt sterlinq ödəməli olacaq. Metbuat.az bildirir ki, bu barədə İttifaqın prezidenti Jan-Klod Yunker məlumat verib.

Böyük Britaniyanın İttifaqdan ayrılması səbəbindən kədərləndiyini bildirən Yunker əlavə edib: "Bu, uğursuzluqdur, faciədir. İngiltərə ayrıldığı zaman referendumun nəticələrini öyrəndiyim günkü kimi kədərlənəcəyəm. Onlara qarşı düşmən münasibəti göstərə bilmərəm. Dostluq münasibətləri zəminində detalları müzakirə edəcəyik.

İngiltərədə yaşayan Aİ vətəndaşlarının, o cümlədən İttifaq ərazisində yaşayan İngiltərə vətəndaşlarının haqlarını qorumağa çalışacağam. Bu, bazarlıq deyil, sadəcə, insanlara qarşı hörmətlə yanaşırıq".

Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dan çıxması ilə bağlı ümumxalq səsverməsi ("Breksit") 23 iyun 2016-cı il tarixində keçirilmişdi. Referendumun nəticələrinə əsasən, Britaniya vətəndaşlarının 51,9%-i ölkənin Aİ-nı tərk etməsinə, 48,1%-i isə Aİ-da qalmasına səs vermişdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR