“Putin istefa haqqında fikirləşir” – TARİX AÇIQLANDI

“Putin istefa haqqında fikirləşir” – TARİX AÇIQLANDI
20:28 24 Mart 2017
171 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya prezidenti Vladimir Putin 2024-cü ilə qədər – növbəti prezident müddətinin bitməsindən əvvəl öz postundan getməyi düşünür”.

Publika.az xəbər verir ki, bu haqda sabiq oliqarx, Rusiya müxalifətçisi Mixail Xodorkovski “Süddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.

“Məndə belə təəssürat var ki, Putin 2024-cü ilə qədər öz istefasını fikirləşir”, - Xodorkovski bildirib.

Sabiq oliqarx qeyd edib ki, istefadan sonra Rusiyada heç kim Putinin təhlükəsizliyinə zəmanət verə bilmir: “Bunda problem var. Buna görə də onun üçün hansısa model hazırlanmalıdır. Buna isə illər lazımdır və bu model yalnız Qərbin vasitəsi ilə işləyə bilər”.

Daha əvvəl Xodorkovski bildirib ki, ABŞ prezidenti Donald Tramp Putini Ukraynaya əvəz olaraq hakimiyyəti verməyə inandıra bilər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR