ABŞ-da önəmli dəqiqələr -

Donald Trampın ilk böyük sınağı kimi qiymətləndirilən sağlamlıq sığortası ilə bağlı kritik səsvermə Bakı vaxtı ilə bu gecə saat 00:45-də başlayacaq. "Sağlamlıq xidmətləri" qanun layihəsinin Konqresdən keçib-keçməyəcəyi maraqla gözlənilir.

Metbuat.az-ın məlumatına görə, eks prezident Barak Obamanın təşəbbüsü ilə hazırlanan "Obamacare"nin, qüvvəyə minməsinin 7-ci ildönümündə ləğv edilməsi ilə bağlı dünən keçirilməsi planlaşdırılan səsvermə lazımı qədər dəstək göstərməməsi səbəbindən bu günə təxirə salınıb.

ABŞ prezidenti Donald Tramp və qanun layihəsini hazırlayan Konqres rəhbəri Pol Rayan müxalif respublikaçıları razı salmaq üçün iclas keçiriblər.

Tramp hökuməti üçün böyük önəm daşıyan qanun layihəsinin məclisdən keçməsi üçün 216 "bəli"yə ehtiyac var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR