Ağac kəsərkən ağac onun sol qolunun üstünə düşüb - AMPUTASİYA EDİLDİ

Ağac kəsərkən ağac onun sol qolunun üstünə düşüb - AMPUTASİYA EDİLDİ
21:22 24 Mart 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə bədbəxt hadisə nəticəsində 45 yaşlı kişinin qolu amputasiya edilib.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Kiş kənd sakini, 45 yaşlı Salman Lətifov sol qolun bazu sümüyünün çoxsaylı qəlpəli sınığı diaqnozu ilə xəstəxanaya daxil olub.
 
Müayinə zamanı məlum olub ki, Salman Lətifov ağac kəsərkən ağac onun sol qolunun üstünə düşüb. Sol qolu amputasiya edilən Salman Lətifovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
 
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/528841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR