“Bu qadın…” – Avropa üçün DƏHŞƏTLİ PROQNOZ

“Bu qadın…” – Avropa üçün DƏHŞƏTLİ PROQNOZ
21:33 24 Mart 2017
179 Dünya
Ölkə mətbuatı
A- A+

“Fransada keçiriləcək prezident seçkilərində “Milli Cəbhə”nin lideri Marin Le Penin qələbəsi Avropa İttifaqı üçün faciə olardı”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belçika Xarici İşlər Nazirliyinin başçısı və baş nazirin müavini Didye Reynders deyib.

“Ümid edirəm ki, Fransada prezident seçkilərində bu qadına səs verməmək mümkün olacaq. Çünki biz əminik ki, bu, Avropa İttifaqı üçün əsl faciə olardı”, - Belçika xarici siyasət idarəsinin başçısı bildirib.

Fransada prezidentinin seçkilərinin ilk turu aprelin 23-ü, ikinci turu isə mayın 7-də keçiriləcək. “OpinionWay” şirkətinin son sorğusunun nəticələrinə görə, “Milli Cəbhə”nin lideri birinci turda 25 faiz səslə liderlik edə bilər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR