Neftçala sakininin evində narkotik vasitə və odlu silah aşkar edilib - FOTO

Neftçala sakininin evində narkotik vasitə və odlu silah aşkar edilib - FOTO
21:37 24 Mart 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayon sakinindən küllü miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd ov tüfəngi götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Neftçala rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun 1-ci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman evin birinci mərtəbəsində sellofan torbalarda, banka və kibrit qutularında 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.
 
Faktla bağlı Neftçala rayon Polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/528842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR