Neftçala sakinindən narkotik və silah tapıldı

Neftçala sakinindən narkotik və silah tapıldı
21:39 24 Mart 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Neftçala rayon sakinindən küllü miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd ov tüfəngi götürülüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun 1-ci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb.

 

Onun yaşadığı evə baxış keçirilən zaman evin birinci mərtəbəsində sellofan torbalarda, banka və kibrit qutularında 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və iki ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR