Qadın bədənini təmizləyən detoks vannaları

Qadın bədənini təmizləyən detoks vannaları
21:48 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bahar gəlibsə, bədinin də təmizlənməyə ehtiyacı var.

Müasir dövrdə bədənin təmizlənməsi üçün müxtəlif üsullar var: iksirlər, sauna, nəfəs texnikaları, bitki çayları, aktiv maddələr və s. Amma bu gün biz sizə musiqinin və bəzi inqrediyentlərin köməyi ilə detoks prosedurunu asanlaşdıran, qəlbinizi və bədəninizi təmizləməyin yollarından bəhs etmişik.

Epsom duzu

Üstünlükləri: Epsom və ya ingilis duzu maqnezium və kükürdün zəngin mənbəyidir. Bu komponentlər əzələ və oynaqların rahatlamasına kömək edir, iltihabı azaldır, orqanizmdən ağır metallar və zəhərlər yuyub təmizləyir. Epsom duzunu istənilən aptekdən münasib qiymətə almaq olar.

Təlimat: 2 stəkan duzu isti vannaya töküb qarışdıraraq həll edib. 15-30 dəqiqə duzlu vanna qəbul etdikdən sonra bədəni su ilə yaxalayıb və dəsmalla quruduruq.

Bentonit gil

Üstünlükləri: İltihabı azaldır, orqanizmdən zəhərləri çıxarır, hidratlaşmanı yaxşılaşdırır və dərini ipək kimi hamar edir.

Təlimat: Gili bir kasaya əlavə edib isti su ilə pasta halını alana qədər qarışdırın. Çox isti su ilə vanna hazırlayın və gili diqqətlə taxta qaşıqla oraya tökün. Ən azı 20 dəqiqə vanna qəbul etmək tövsiyə olunur, bədəni ilıq su ilə yuyun və dəsmalla qurulayın.

Soda

Üstünlükləri: Metallar və zərərli elementləri götürür, əzələ ağrılarını aradan qaldırır, orqanizmi qələviləşdirir.

Təlimat: 4 stəkan sodanı isti vannaya əlavə edin. Su sizin bədən üçün uyğun temperaturuna gələnə qədər bir az gözləyin. 30-45 dəqiqə ərzində vannada dincəlin, əlavə duş qəbul etməyərək və sadəcə dəsmalla qurulanmaqla kifayətlənin. Ertəsi gün bədəndəki soda qalıqlarını isti duş altında mütləq yuyun.

Alma sirkəsi

Üstünlükləri: İnanılmaz detoksifikator olan alma sirkəsi başdan-ayağa qədər orqanizm üçün faydalıdır. O, əzələ ağrılarının öhdəsindən gəlməyə kömək edir, optimal qələviliyi bərpa edir, mikrobları öldürüb bədəndən xoşagəlməz iy gəlməsinin qarşısını alır.

Təlimat: 1-2 stəkan sirkəni isti su ilə doldurumuş vannaya tökün. Sirkəli suda 30-45 dəqiqə qala bilərsiniz. Lakin yalnız səkkiz saatdan sonra duş qəbul etmək məsləhət görülür. Odur ki, sirkəli sudan çıxdıqda bədəni sadəcə dəsmalla qurulamaq kifayət edir.

Yaşıl çay

Üstünlükləri: Yaşıl çay minerallar, müalicəvi inqrediyentlər və antioksidantların yüksək səviyyədə olduğu bitkidir. Dəri məsamələri yaşıl çayın tərkibindəki faydalı komponentləri asanlıqla və tez özünə əməcək.

Təlimat: 5-10 paket yaşıl çayı isti su ilə dolu vannaya töküb, 15 dəqiqə saxladıqdan sonra çıxarın. Bədən detoksu üçün bu suda təxminən 30-40 dəqiqə qalmaq tövsiyə olunur, sonra isə soyuq su ilə yuyunmaq lazım gələcək.

Zəncəfil

Üstünlükləri: Zəncəfil vannası immuniteti artırır və bədənin zəhərlərdən təmizlənməsinə yaxşı kömək edir.

Təlimat: Prosedura üçün su ilə doldurulmuş vannaya 2 xörək qaşığı zəncəfil tozu əlavə edin, diqqətlə əllə qarışdırın. Suda 20 dəqiqə ərzində qalmaq lazımdır, sonra isə ilıq su ilə yuyunun.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/192412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR