İlin əvvəlindən Avropaya 25 mindən çox miqrant gəlib

İlin əvvəlindən Avropaya 25 mindən çox miqrant gəlib
22:37 24 Mart 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrantların  sayı 25 mini ötüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

Martın 22-ə olan məlumata əsasən, yanvardan etibarən Avropa sahillərinə 25 170 nəfər gəlib. Müqayisə üçün, ötən ilin yanvar-mart aylarında Avropaya 163 mindən çox miqrant və qaçqın gəlmişdi.
 
Bununla belə ölüm hallarının sayı artıb. Bu il dəniz yolu ilə Avropaya keçməyə cəhd edən 559 miqrant həyatını itirib. Ötən ilin ilk üç ayında bu rəqəm 554 nəfər təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR