Qadın kimyəvi maddədən zəhərlənib

Qadın kimyəvi maddədən zəhərlənib
22:47 24 Mart 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayon sakini ziyanvericilər əleyhinə işlədilən zəhərdən zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Xatınlı kənd sakini, 1978-ci il təvəllüdlü Hicran Məmmədova zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın ziyanvericilər əleyhinə zəhər qarışıqlı yemi sahəyə səpdikdən sonra zəhərlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/528856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR