Almaniya millisi Bakıda - FOTO

Almaniya millisi Bakıda - FOTO
23:22 24 Mart 2017
176 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra Azərbaycana çatıb.

Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları "Boulvared Hotel"ə yollanıblar.
 
Almaniya yığması Bakıdakı yeganə məşqinə sabah saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
 
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR