Yaponiyada zəlzələ baş verib

Yaponiyanın Okinava prefekturasının yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi yoxdur.

Yaponiya meteoroloji agentliyinin məlumatına görə, zəlzələnin ocağı 90 km dərinlikdə yerləşir. Yeraltı təkanların episentri Okinavadan 85 km şimal-qərbdədir.

Qeyd edək ki, Okinava şəhərində 120 mindən çox insan yaşayır.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR