Energetik içkilər məktəblərə yol açmamalıdır

Energetik içkilər məktəblərə yol açmamalıdır
23:37 24 Mart 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda energetik içkilərin sərbəst satışı ondan istifadə edənlərin əhatə dairəsini genişləndirib. Ekspertin sözlərinə görə, 18 yaşınadək uşaqlara, yaşlılara, qan təzyiqi yüksək olan, ürəyi zəif olan insanlara, hamilə qadınlara energetik içki içmək olmaz. Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, qanunda belə içkilərin satışı ilə bağlı hər hansı qadağa yoxdur: "Azyaşlı uşaqların, məktəblilərin belə içkilərdən istifadəsinə valideynlər nəzarət etməlidir. İnzibati yollarla bu məsələni tənzimləmək olmaz. Bu məsələdə cəmiyyətin və valideynlərin təpkisi və nəzarəti olmalıdır. Necə ki, bəzi ölkələrdə siqaret və spirtin satışına qadağalar qoyulur, həmçinin belə içkiləri gətirənlərə və satanlara da qadağa tətbiq etmək olar". "Uşaqlar arasında maarifləndirmə işləri aparılmalıdır. Belə içkilərin zərərli tərəfləri izah olunmalıdır. Valideynlər məktəbdə təlim-tərbiyə işinin təşkilində və idarə edilməsində məktəbin ən güclü və vacib tərəfdaşlarından biridir. Pedaqoji şuraların, valideyn komitələrinin qərarları ilə həmin energetik içkilərin məktəbə yol açmasının qarşısını almaq olar" - deyə o bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR