D vitamini dölü bu ağır xəstəlikdən qoruyur

D vitamini dölü bu ağır xəstəlikdən qoruyur
23:52 24 Mart 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Kvinslend Universiteti (Avstraliya) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, hamiləliyin ilk üçaylığında D vitamininin qəbulu döldə autizmin riskini azaldır.

Alimlər qeyd edir ki, D vitamini beyinin və sümüklərin normal inkişafında böyük rol oynayır.

The Indian Express xəbər verir ki, burada söhbət yalnız xolekalsiferoldan (D3) gedir. D vitamininin aktiv formasını (kalsitriol) isə hamiləlik zamanı qəbul etmək olmaz ki, bu dölün skeletinin inkişafına mənfi təsir edə bilər.

Autizm ağır anadangəlmə nevroloji xəstəlikdir. Autizmdən əziyyət çəkən uşaqlarda nitq, diqqət, təfəkkürün inkişafında ciddi pozulmalar olur, belə uşaqlar yad insanlarla ünsiyyət qurmur, sosial həyatında böyük problemlər yaşayır.
Autizm kifayət qədər yayılmış pozulmadır və bütün dünyada ildən ilə bu pozulmadan əziyyət çəkən uşaqların sayı artır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/528654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR