Bu, xərçəngə səbəb ola bilər

Bu, xərçəngə səbəb ola bilər
23:57 24 Mart 2017
1028 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika ekspertləri xəbərdarlıq edir ki, döş implantantları nadir xərçəngin inkişafının riskini artırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, söhbət aplastik irihüceyrəli limfomadan gedir. Xərçəng implantant ətrafında formalaşan çapıq toxumasının yerində inkişaf edir.

Alimlər döşlərin böyüdülməsi nəticəsində xərçəngin inkişafı ilə bağlı 350 fakt aşkar ediblər. Nəticədə 9 qadın ölüb.

Alimlər bu xərçəngin əmələ gəlmə mexanizmini hələ ki dəqiq təyin etməyiblər. Ola bilsin ki, səbəb implantan nəticəsində inkişaf edən xroniki iltihabda və orqanizmin immun reaksiyasındadır. İmplantantın səthi nahamar (kələ-kötür) olduqda xərçəngin riski daha da artır.

Xərçəng orta hesabla implantant yerləşdirdikdən 7 il sonra inkişaf edə bilər. Lakin 40 ildən sonra da xərçəngin inkişafı haqda məlumatlar var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/528782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR