Tramp mübahisəli layihənin icrasına razılıq verdi -

Donald Tramp ölkədə böyük mübahisələrə səbəb olan və çoxlu sayda insanın saxlanılması ilə nəticələnən Keyston XL boru xətti layihəsinin icrasına razılıq verib.

Metbuat.az "USA Today"a istinadən xəbər verir ki, ABŞ prezidenti artıq müqaviləni imzalayıb. Tramp layihənin amerikalılar üçün yeni iş imkanları yaradacağını, o cümlədən ölkənin enerji asılılığını azaldacağını düşünür.

Qeyd edək ki, eks-prezident Barak Obama Keyston XL layihəsinin icrasını təxirə salmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR