Rusiyanın Kazan şəhərində barıt zavodu yanıb.
Publika.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi “RİA-Novosti” agentliyinə deyib.
İlkin məlumatlara görə, bir nəfər həlak olub. Yanğın lokallaşdırılıb. Yanan ərazi 400 kvadrat metr təşkil edir. Yanğın hazır məhsulların olduğu sexdə başlanıb.
Qeyd edək ki, müəssisəsi ölkədə ən köhnə barıt zavodudur.
Ömər