Donald Tramp təklif etdiyi qanun layihəsini geri götürdü

"Sağlamlıq xidmətləri" adlı qanun layihəsinin Konqresdən keçib-keçməyəcəyi maraqla gözlənilirdi.

Metbuat.az "Washington Post"a istinadən bildirir ki, Tramp, Pol Rayan tərəfindən hazırlanan və "Obamacare" güzəştli tibbi sığorta sisteminin yenisi ilə əvəz olunmasını nəzərdə tutan qanun layihəsini geri götürüb.

ABŞ prezidenti "Post"a açıqlamasında təklifin indilik ikinci plana atıldığını bildirib. O, yenidən bu məsələyə qayıdılacağını istisna etməyib.

Qeyd edək ki, debatlarda Konqres üzvlərinin əksəriyyəti Donald Trampın təşəbbüsünün əleyhinə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR