Rusiyada zavodda yanğın baş verib:

Rusiyanın Kazan şəhərində yerləşən barıt zavodunda yanğın baş verib.

Metbuat.az TASS agentliyinə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Regionun Fövqəladə Hallar xidmətinin məlumatında qeyd olunub:

"Yanğın hazır məhsul sexində baş verib. Yanğından xilasetmə bölmələri çətinliyinə görə üçüncü kateqoriya hesab olunan yanğını söndürə biliblər".

Yanğın 400 kv.m ərazini əhatə edib. Hazırda hadisə ilə bağlı detallı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR