Əfsanəvi qapıçı 1000-ci oyununu keçirir

Əfsanəvi qapıçı 1000-ci oyununu keçirir
00:54 25 Mart 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya Albaniyanı qəbul edir. Apasport.az saytının məlumatına görə, matç “skuadra azzura”nın qapıçısı Canluici Buffon üçün xüsusilə əlamətdardır.

 

Belə ki, əfsanəvi “çərçivə qoruyucusu” bu oyunla birlikdə peşəkar karyerasında 1000-ci dəfə meydana çıxır.

 

Karyerası ərzində “Parma” və “Yuventus” klublarında çıxış etmiş Cici hələ ki futbol tarixinin ən bahalı qapıçısıdır. Belə ki, o, 2001-ci ildə Turin klubuna keçərkən “qoca sinyora” onun üçün 53 milyon avro ödəmişdi.

 

Buffon 1997-ci ildə debüt etdiyi milli komanda ilə 5 dəfə dünya çempionatında iştirak edib və bir dəfə 2006-cı ildə Almaniyadakı mundialda çempion adını qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR