Ölkələrə görə pasport rəngləri - FOTOLAR

Ölkələrə görə pasport rəngləri - FOTOLAR
01:03 25 Mart 2017
174 Digər
Ölkə mətbuatı
A- A+

Heç fikirləşmisinizmi dünyada neçə rəngdə pasport var? Və nəyə görə birinin pasportu qırmızı olanda digərininki yaşıldır? Təbii ki, səbəbsiz heç nə olmur. Odur ki, hava limanında uzun növbədə dayananda bunları yada salarsınız.

Ən çox yayılmış pasportlar qızmızı rəngdə olur. Bu rəngdə pasportları sosialist keçmişi olan və ya hazırki kommunist ölkələr istifadə edirlər. Amma istisnalar da var. Məsələn: Türkiyə, Makedoniya, Albaniya.Avropa İttifaqı ölkələrinin pasportları isə tünd-qırmızı (məxməri) rəngdə olur. Bundan başqa Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşları da məxməri pasportla gəzirlər.

İkinci çox yayılmış pasport rəngi göydür. Göy rəngli pasport cildi “Yeni dünya” deməkdir. Adından bəlli olduğu kimi sonradan kəşf olunmuş ölkələr – Amerika Birləşmiş Ştatları, bəzi Cənubi Amerika ölkələri (Braziliya, Paraqvay, Argentina) və Qəraib dənizi hövzəsindəki 15 ölkə bu rəngdə pasport daşıyır.

Yaşıl rəngi müsəlmanlar “özəl”ləşdirdiklərinə görə, pasportlarında da bu rəngi seçiblər. Yaşıl rəng Məhəmməd Peyğəmbərin sevimli rəngi olduğu üçün müsəlmanlar bu rəngə üstünlük verirlər. Odur ki, əksər İslam dövlətlərinin vətəndaşları yaşıl pasportludurlar. Bizdə isə yalnız xarici pasportlar yaşıl rəngdə olur.

Qara pasportları çox az sayda görmək olur. Əhalisi müsəlmanlar olmayan Afrika ölkələrində pasportlar qara rəngdədir. Bundan başqa Yeni Zelandiya sakinləri də qara pasport gəzdirilər. Buna səbəb isə qara rəngin Yeni Zelandiyanın milli rəngi olmasıdır.

Şəfiqə ŞƏFA




Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/192398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR