Terrorda şübhəli bilinən 6 nəfər sərbəst buraxıldı

Terrorda şübhəli bilinən 6 nəfər sərbəst buraxıldı
01:14 25 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Londonda törədilən terror aktında şübhəli bilinən 6 nəfər sərbəst buraxılıb.

 

APA-nın xəbərinə görə, bu barədə Skotland-Yardın saytı məlumat verib.

 

Hazırda hadisə ilə əlaqədar 4 nəfər həbsdə qalır.

 

Bundan əvvəl Skotland-Yard terror aktını törədən Xalid Məsudun fotosunu yayımlayıb. Məlumata görə, o, əvvəllər Adrian Elms və Adrian Rassel Acao adları ilə tanınıb.

 

Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu - Kent qraflığının sakini, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR