“Facebook” təkzib olunmuş xəbəri paylaşmağı əngəlləyir

Yalan (“fake”) xəbərlərlə mübarizə çərçivəsində “Facebook”un yeni mexanizmi istifadəçilərin etibarlılığı daha əvvəl şübhə altına düşmüş və təkzib edilmiş xəbərləri paylaşmasını əngəlləyir.

İKT.lkent.az-ın “Mashable” portalına istinadən yaydığı xəbərə görə, yeni funksiya ötən ilin dekabrında istifadəyə verilib. “Mashable” yeni mexanizmi yoxlamaq üçün irlandiyalıların ABŞ-a qul kimi gətirildiyi barədə sosial şəbəkədə yayılmış xəbəri təkrar paylaşmaq istəyib. Lakin “Facebook” bu xəbərin “Associated Press” və “Snopes.com” tərəfindən təkzib olunduğu barədə xəbərdarlıq edib. Sosial şəbəkə eyni zamanda, xəbərin blok olunmasının səbəbini öyrənmək üçün bu resurslara keçid təklif edib.

Qeyd edək ki, “Facebook” Fransadakı prezident seçkiləri ərəfəsində “fake” xəbərlər üçün filtr tətbiq etdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR