Tramp: “Obamacare”-i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq”

“Obamacare”-i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Biz daha mükəmməl layihə tərtib edəcəyik. Güman edirəm ki, qanun layihəsinin yeni variantını həm respublikaçılar, həm də demokratlar dəstəkləyəcək”, deyə D.Tramp bildirib.

Bundan əvvəl D. Tramp “Obamacare” tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürüb. 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti D.Trampın təşəbbüsünün əleyhinə çıxış edib.

Qeyd edək ki, Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR