Fransanın Lill şəhərində naməlum şəxs metro stansiyasında atəş açıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 3 nəfər xəsarət alıb.
Şahidlər ən azı 5 dəfə atəşin açıldığını bildiriblər. Atəş açan şəxs hadisə yerindən qaçlb.
Yerli mətbuat atışmanın cinayətkar qruplaşmalar arasında daxili hesablaşma nəticəsidə baş verdiyini ehtimal edir.