Əsəd Rakka yolunda son maneəni keçdi

Əsəd Rakka yolunda son maneəni keçdi
04:33 25 Mart 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının de-fakto paytaxtı olan Suriyanın Rakka şəhəri ətrafında vəziyyət getdikcə xaotik hal alır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, rejim gücləri şəhəri İŞİD-dən almaq üçün YPG terror təşkilatı ilə eyni anda Rakka istiqamətində hərəkət edir.

Bəşər Əsəd gücləri son olaraq İŞİD-in əlində olan Deyr-Hafir şəhərini ələ keçirib. “Sputnik” agentliyinə danışan bir mənbə rejimi gücləri və İŞİD arasında şiddətli döyüşlərin getdiyini bildirib.

Hələb şəhəri və Fərat çayı arasında yerləşən Deyr-Hafir Əsəd rejiminin Rakka yolundakı son böyük maneəsi sayılırdı. Şəhərə Münbiç və Əl-Babdan qaçan terrorçular nəzarət edirdi.

YPG də Rakka ətrafındakı bəzi kəndləri alıb. Əsəd gücləri ilə YPG-nin davranışları Rakka əməliyyatının birlikdə həyata keçiriləcəyi təəssüratı yaradır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR