Ürək şəkilli vafli peçenye - RESEPT - FOTO

Ürək şəkilli vafli peçenye - RESEPT - FOTO
07:05 25 Mart 2017
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az ürək şəkilli vafli peçenyenin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

2 ədəd yumurta

200 qram yumşaldılmış kərə yağı 

qatılaşdırılmış süd

1 stəkan un

2 x.q  şəkər tozu

0,5 ç.q. soda

vanil

duz

Hazırlanması:

Əvvəlcə kərə yağını kənara qoyun yumşalsın. Başqa bir qabda yumurta ilə şəkər tozunu mikserlə yaxşıca çalın. Yumşalmış kərə yağını üzərinə əlavə edib, qarışdırmağa davam edin. Daha sonra yavaş-yavaş süd və vanili əlavə edib qarışdırın. Bu müddətdə başqa qabda un, soda və duzu qarışdırıb, duru kütləyə əlavə edin.

Vafli formasını qızdırın. Azca yağlayın. Formanın ölçüsündən asılı olaraq, ortasına bir qədər xəmir tökün. Qapağını bağlayın. Kütlə formanın içində özü yayılacaq.

Vaflinin hər iki tərəfi qızılı rəng alanadək bişirin. Formadan çıxarıb, kənara qoyun. Vafli hazırdır. Servis edə bilərsiniz.

Nuş olsun!

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR