Tillersonun Ankara səfərinin gündəliyi açıqlandı

Tillersonun Ankara səfərinin gündəliyi açıqlandı
08:48 25 Mart 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Tillerson Ankarada İŞİD-lə mübarizə məsələlərini müzakirə edəcək.

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Publika.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Dövlət katibi Ankaraya səfəri martın 30-da reallaşacaq. ABŞ xarici siyasət idarəsinin başçısı Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Məlumata görə, görüşlərdə NATO çərçivəsində əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin yolları müzakirə olunacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR