Londondakı terrorda şübhəli bilinən 6 nəfər sərbəst buraxıldı

Londondakı terrorda şübhəli bilinən 6 nəfər sərbəst buraxıldı
09:52 25 Mart 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Londonda törədilən terror aktında şübhəli bilinən 6 nəfər sərbəst buraxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın saytı məlumat verib.
 
Hazırda hadisə ilə əlaqədar 4 nəfər həbsdə qalır.
 
Bundan əvvəl Skotland-Yard terror aktını törədən Xalid Məsudun fotosunu yayımlayıb. Məlumata görə, o, əvvəllər Adrian Elms və Adrian Rassel Acao adları ilə tanınıb.
 
Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu - Kent qraflığının sakini, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR