Abşeronda QƏTL: arvadını və baldızı qızını qantellə öldürdü

Abşeronda QƏTL: arvadını və baldızı qızını qantellə öldürdü
10:05 25 Mart 2017
316 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.
 
Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
 
Hadisəni törədən Q.Hüseynov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/528900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR