Azərbaycanda mağazalar açan məşhur brendin

İtalyan kompaniyası olan “Giorgio Armani” geyim və müxtəlif aksessuarların istehsalı ilə məşğuldur. Britaniyanın “Çelsi” futbol klubunun geyimləri belə bu şirkət tərəfindən hazırlanır.

Əsası 1975-ci ildə italyan geyim dizayneri Corcio Armani və Serco Qalleoti tərəfindən qoyulan şirkət XX əsrin sonlarında moda aləmində əsas brendə çevrilib.

Kişi, qadın geyim və ayaqqabıları, saatlar, müxtəlif aksessuarlar, zərgərlik məmulatları, ev üçün müxtəlif məhsullar istehsalı ilə məşğul olan şirkət müştərilərinin sayına görə ön sıradadır.

Son zamanlar Azərbaycanda dünyaca məşhur brendin adını ermənilərlə əlaqələndirənlərin sayı az deyil. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən modelyer-dizayner Afa Quluzadə insanları yanlış məlumatlara uymamağa çağırıb:

“Bəzən insanlar hisslərə qapılır, yanlış fikrə gəlir. Ermənilərin nə maddi, nə də ideya baxımdan belə güclü bir brend yaratmağa heç vaxt gücü çatmaz. “Giorgio Armani”-nin ermənilərlə heç bir bağlılığı ola bilməz. Əks təqdirdə şirkətin Azərbaycana girişinə qadağa qoyulardı”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR