Fransada metroda TERROR həyəcanı

Fransada metroda TERROR həyəcanı
10:13 25 Mart 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada metro stansiyasında bir nəfər ətrafa təsadüfi atəş açıb.

Publika.az xəbər verir ki, hadisə Fransanın şimalında yerləşən Lille şəhərinin Portret Darras metro stansiyası yaxınlığında açıq avtoparkda baş verib.

Çıxan silahlı qarşıdurmada 3 nəfərin yaralandığı bildirilir.

Hadisənin iki mafiyoz qruplaşma arasındaki hesablaşmadan qaynaqlandığı ehtimal olunur.

Fransada 2015-ci ildə baş verən hücumlardan sonra elan edilən fövqəladə vəziyyət rejimi hələ də davam edir.

Ölkədə son olaraq martın 18-də paytaxt Parisdəki Orli Hava Limanında gəzən əsgərlərə hücum edilmişdi.

Hadisənin terror ola biləcəyindən şübhələnən hökümət təhlükəsizlik tədbirlərini gücləndirib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR