Saç tökülməsinin qarşısını alan

Soda demək olar ki, hər kəsin mətbəxində yer alan bir maddədir. Təmizlik işlərində, yemək bişirmə mərhələlərində xanımların köməkçisidir. Soda sağlamlığa da xeyirlidir. O saç tökülməsinin qarşısını almaq və saçların uzanmasını təmin etmək qabiliyyətinə malikdir.

Metbuat.az məlumat verir ki, saçlarınız tökülürsə, sodalı saç şampunu istifadə edin. Soda saçlarınızı təmizləyəcək, yumşaq və sağlam hala gətirəcək. Bununla yanaşı saç tökülməsinin qarşısını alacaq və saçlarınızın uzanmasını təmin edəcək. Saçda toksinlər və kimyəvi maddələr olduqda uzanma prosesi ləngiyir. Soda bu toksinləri, kimyəvi maddələri yox etməkdə çox təsirlidir.

Şampunun hazırlanmasına gəldikdə isə, 6 xörək qaşığı suya bir xörək qaşığı soda əlavə edin. Əldə edilən qarışımı saç köklərindən uclarına masaj edərək tətbiq edin. Bir neçə dəqiqə saçınızda saxladıqdan sonra ilıq su ilə yuyun. 4 yemək qaşığı su ilə bir yemək qaşığı alma sirkəsini qarışdırıb saçınızı onunla yaxalaya bilərsiniz. Bu saçınızı daha da canlandıracaq. Alma sirkəsinin qoxusunu sevməyənlər içərisinə bir neçə damcı lavanda yağı əlavə edə bilərsiniz. Gözlərinizi sirkə və soda ilə təmas etdirməyin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR