Tramp Yunkerlə Tusku səhv saldı

Tramp Yunkerlə Tusku səhv saldı
10:32 25 Mart 2017
103 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Jan-Klod Yunker "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"O (Tramp - red.) Tuskla telefonda danışırdı, lakin mənimlə danışdığını düşünürdü. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yaranır ki, sanki, ABŞ prezidentini Avropa maraqlandırmır", - Avropa Komissiyasının rəhbəri qeyd edib.
 
"Financial Times" isə qeyd edir ki, gələn ay Yunker ABŞ-a səfər etməyi planlaşdırır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR