Rus səfiri, yoxsa Gülənin ekstradisiyası? – MKİ-nin sabiq direktorundan ŞOK İDDİA

Rus səfiri, yoxsa Gülənin ekstradisiyası? – MKİ-nin sabiq direktorundan ŞOK İDDİA
10:48 25 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Maykl Flinn Türkiyədə hərbi qiyamın təşkilində ittiham olunan Fəthullah Güləni Ankaraya verməyi planlaşdırırdı.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Ceyms Vulsiyə istinadən “Wall Street Journal” nəşri yazıb.

Vulsinin sözlərinə görə, Flin hələ ötən ilin sentyabrında türk məmurları ilə görüşürdü. Məlumata görə, Fəthullah Gülənin ABŞ qanunvericiliyindən yan keçərək ekstradisiyası müzakirə olunurdu.

Ancaq MKİ-nin sabiq direktoru planın konkret detallarını açıqlamayıb.

Xatırladaq ki, Maykl Flinn fevralın ortalarında Rusiya səfiri Sergey Kislyak ilə görüşməsi iddialarının üzə çıxmasından sonra istefaya göndərilib. Onun istefasının konkret səbəbi kimi ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib. MKİ-nin sabiq direktorunun açıqlaması isə Maykl Flinnin istefasında onun Fəthullah Güləni Ankaraya vermək barədə planının da müəyyən rol oynadığını düşünməyə əsas verir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR