Futbolçunun ayağı qırıldı - VİDEO

Futbolçunun ayağı qırıldı -   VİDEO
10:57 25 Mart 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya - Uels oyununda meydan sahiblərinin kapitanı Şeymus Koulman ağır zədələnib.

 

Top uğrunda mübarizədə Uels yığmasının müdafiəçisi Nil Teylor İngiltərənin “Everton” klubunda forma geyən Şeymus Koulmanın sağ ayağına zərbə endirib.

 

Matçdan sonra irlandiyalıların baş məşqçisi Martın Onil Şeymus Koulmanın ayağının sındığını bildirib.

 

Qeyd edək ki, epizoddan sonra Nil Teylor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İrlandiya-Uels matçı 0:0 hesabı ilə başa çatıb. 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcunun-aya-qrld-t57105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR