Bu ilin trend rəngləri və geyimləri məlum oldu

Yaz fəslinin gəlişi ilə dəblə geyinməyi sevənlər əsasən də xanımlar bu mövsümdə hansı rənglərin, üslubların dəbdə olacağı ilə maraqlanırlar.

Builki yaz-yay geyim kolleksiyasının aktual rəng və üslubları artıq məlumdur.

Mövsümün trend rəngləri ağ və mavi olsa da, açıq və tünd qırmızı rəng də çəkiciliyi ilə diqqət mərkəzində olacaq. İsti hava şəraitində parlaq rənglərdən istifadə daha məqsədəuyğun olduğundan, elektrik mavisi çoxunun seçimi olacaq.

Sarı rəngdən istifadə isə əsasən ofis stili üçün yararlı sayılır.

Ağ rəng özünü bu il qısa don və ətəklərdə daha çox göstərəcək.

Geyimlərə gəldikdə isə, bu ilin yaz-yay kolleksiyası 1970-ci illərin "hippi" üslubunda olacaq. Dəblə geyinməyi sevən xanımlar gündəlik geyimlərində assimmetrik kəsim və naxışlardan istifadə edə bilər.

Ziyafət geyimləri üçün isə desenli-şefon, midi-güpr, müxtəlif muncuq və biserlə bəzədilmiş donların istifadəsi əvəzsizdir.

Mövsümün geyim dəbinə həmçinin idman və klassikdən ibarət qarışıq tərz, eyni zamanda “küçə tərzi” də daxildir.

Mövsümün dəbi ilə bağlı metbuat.az-a açıqlama verən stilist Elvin Paşa dəbsevərlərə bəzi məsləhətlər verib:

“İnsanların çoxu dəb arxasınca qaçır. Amma bu doğru yanaşma deyil. Onların boy, çəki və zövqlərindən asılı olaraq, dəb fərdi qaydada dəyişir. Müxtəlif stillərin qarışığından istifadə etməklə də, hər bir şəxs özünəməxsus dəb yarada bilər. Əsas olan parametrləri nəzərə almağı bacarmaqdır”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR