Sevinc Əliyeva: "Balalarıma toxunmasınlar..."

Sevinc Əliyeva: "Balalarıma toxunmasınlar..."
11:12 25 Mart 2017
Ölkə mətbuatı
A- A+

Aktrisa Sevinc Əliyeva övladları ilə birlikdə "Xəzər maqazin" kamerası qarşısına keçib

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa yaradıcı işlərindən uzaq qalmasının səbəbini açıqlayıb. 

O bildirib ki, övladlarına görə filmlərə, seriallara çəkilməyə vaxt tapmır:

"Əvvəl deyirdim ki, heç vaxt uşağa səsimi qaldırmayacam. Amma vaxt keçdikcə gördüm ki, hər şey qədərində lazımdır. Bir dəfə "Aramızda qalsın" serialına qatıldım, 5 gün getdim, gördüm çatdırmıram. On ildir universiteti bitirmişəm, o ərəfədə az film çəkilirdi. İndi çox çəkilir, mənimsə vaxtım olmur ki, onlarda rol alım".
 
S.Əliyeva övladlarına görə hər şeyə əl atacağını deyib:

"Hər bir insan kimi mən də "mənə dəymə, sənə dəyməyim" prinsipi ilə yaşayıram. Mənim balalarıma toxunmasınlar, onlara aid nəsə olsa, təsəvür etmirəm nələr edərəm. Özümə nəsə deyilsə, içimdə çəkərəm. Uşaqlarıma toxunulanda, mümkün deyil qarşımda durmaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/528913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR