"Barselona" Premyer Liqa çempionunu istəyir

"Barselona" Premyer Liqa çempionunu istəyir
11:12 25 Mart 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

"Lester"in yarımmüdafiəçisi Riyad Mahrez İspaniyaya köçə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, əlcəzairli futbolçu "Barselona"nın maraq dairəsindədi.

Kataloniya klubu 26 yaşlı oyunçunun keçidi ilə bağlı qarşı tərəflə ilkin danışıqlar da aparıb. "Lester" rəhbərliyi, öz növbəsində, Mahrezin transferinə razılıq verib. Ancaq Premyer Liqa çempionunun bir şərti var: əvəzində 40 milyon funt-sterlinq ödəyin. İspanlar "Lester"in bu məbləğdə endirim etməsinə çalışır.
 
Qeyd edək ki, Riyad Mahrez "Lester"ə 2014-cü ildə "Le Havr"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR