""Bakıda oteldəki otaqlarda süni qaranlıq yaradacağıq ki..."

""Bakıda oteldəki otaqlarda süni qaranlıq yaradacağıq ki..."
11:22 25 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Biz öncə Azərbaycanın qrupdakı vəziyyətinə və topladığı xallara baxmalıyıq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu Almaniya millisinin meneceri Oliver Birhoff deyib. 2018 DÇ seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Bundestimin idarə heyətində yer alan keçmiş futbolçu sözlərinə belə davam edib

"Rəqibimiz 4 oyuna 7 xal toplayıb və turnir cədvəlində 3-cü pillədədir. Bu mərhələdəki yeganə ev oyununda Norveçi məğlub etməyi bacarıblar. Güclü azarkeş dəstəyi altında qələbə qazanmağa çalışacaqlar. Biz isə qələbə seriyamızı davam etdirmək niyyətindəyik".

Birhoff saat fərqi ilə əlaqədar olaraq oyunçuların normal yuxu rejimlərinə əməl etmələri üçün otaqları süni olaraq qaranlıqlaşdıracaqlarını da əlavə edib: "Bakıda hava tez işıqlandığı üçün oteldəki otaqlarda süni qaranlıq yaradacağıq ki, bu, oyunçuların yuxu rejiminə təsir etməsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR