"Balkan yarımadasında müharibə başlaya bilər"

"Balkan yarımadasında müharibə başlaya bilər"
11:47 25 Mart 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) ünvanına səsləndirdiyi tənqidi fikirlər Balkan yarımadasında müharibəyə səbəb ola bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, D.Trampın Böyük Britaniyanın Aİ-dən ayrılması ilə bağlı verdiyi dəstək "təhlükəlidir".
 
"ABŞ prezidentinin açıqlamalarından məlum olur ki, o, Avropada yaranmış qəliz vəziyyətdən məlumatlı deyil. Mən vitse-prezident Maykl Pensə də bildirdim ki, başqa ölkələrin Avropa İttifaqından çıxmasını dəstəkləmək lazım deyil. Əks halda İttifaq dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq, Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Makedoniya, Albaniya arasında isə müharibə başlaya bilər", - deyə o bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR