Bir şəhərin serial taleyi - Anabacı Odessa

Bir şəhərin serial taleyi - Anabacı Odessa
11:48 25 Mart 2017
Ölkə mətbuatı
A- A+

Haqqında ən çox film, serial çəkilən, əsasən də kriminal mövzulu şəhərlər sırasında anabacı Odessanın öz yeri var. Qara dənizin bu mirvarisində nə oyunlar oynanılıb və hələ də oynanılır.

Rus, ukraynalı, yəhudi, yunan, rumın və daha neçə millətin sərbəst yaşadığı bu şəhərin ruhundadır AZADLIQ və FIRILDAQ. Ana-bacı kəlməsini elə-belə işlətmədik. Bu deyimin rus dilində qarşılığı var. Sakinlər də şəhərə anabacı qeyrəti ilə baxırlar. Bütün koloriti seriala baxdıqca və bu şəhərə həsr olunmuş kitabları oxuduqca tapırsan. Biz bir neçə serialla sizə şəhərin poetikasını, həm də serialların yaradıcı səviyyəsini çatdıracağıq. Birinci yazıda bir mahnının 12 seriyalı tarixçəsini verdik:

## 192331##

14 seriyalıq "Ləğv" haqqında polemik qeydlər

Özünü sevən və tərifləməyi bacaran televiziya işçilərinin gərgin əməyi ilə uğurlu komanda işi, ən yaxşı serial meydana çıxdı. Reytinqlərdə "Briqada", Master və Marqarita", "İdiot"-u üstələyə bilmişdi. Hər halda, on il öncə üçün olduqca yaxşı çəkilən serial hesab oluna bilər.

Janrına görə tarixi detektivdir Bütün komponentlər elə bil məhz müəyyən bir janr üçün bir yerə toplanmışdır. Özü də çox məharətlə. Yerli kolorit, şəhərin tarixi simasının tanınması və sevimli aktyorlar, gözəl yazılmış süjet - bütün bunlar ayrılıqda var, amma bütöv mozaika qurulmur, "yağlı rəsm" tablosu çəkilmir. Xüsusən ilk 10 seriyada hörgü hörülmür.

Beləliklə, müharibədən sonrakı Odessada cinayətkarlar - cibgirlərlə, quldurlarla, yanaşı, təxribat dəstəsi fəaliyyət göstərir. Şəhəri ələ keçirməyə hazırlaşan və şəxsən Odessaya nəzarət edən Qalib Marşal Jukova, Sovet hakimiyyətinə şillə vurmaq istəyən təxribat qrupu fəaliyyətdədir. Cinayətkar qruplaşma ilə mübarizəni və cinayətkarların axtarışını Əks-kəşfiyyat və cinayət axtarış İdarəsinin rəhbəri Qosman etməlidir.

Qosman rolunu ifa edən Vladimir Мaşkov bənzərsiz ifası ilə yadda qalır. Belə aktyor işi ən gurultulu alqışa və səmimi təriflərə layiqdir.

David Qosman ağıllı, səmimi, mərd, cəsurdur. O, mübarizə zamanı cinayətkarlarla, özbaşınalıq edənə sərtlik göstərir, lakin təbiətən xeyirxah və sadiq dostlarına və Vətənə, sadiq bir şəxsdir. Lakin bütün film boyu heç bir pafos, saxta vətənpərvərlik gözə dəymir, hər şey təbiidir.

Əlbəttə, bu yerdə Sergey Мakoveskinin işini qeyd etməmək olmaz. Onun personajı Fima olmadan serial deyərdim Odessa koloritinin böyük payını itirərdi. Çox təəssüf ki, onun ekranda yeri az idi. Bununla belə, bir çox ifadələri qanadlı olub, ayrı-ayrı replikaları sitatlara çevrilib.

Dava, Fima və Marka dostluğu adi deyil. Əsl kişi qardaşlığı, dostluğudur.Ancaq amansızdır və filmin qəhrəmanları ilə amansızcasına rəftar edir.

Kseniya Rappoport, Fyodor Dobronravov, Viktor Suprum, Mixail Poperençikov, Konstantin Lavreçenkonun işlərini ayrıca qeyd etmək istəyirəm. Svetlana Kryuçkovanın “Pesya xala”sı və Aleksandr Semçevin “Emmik”i hər dəfə ekranda gəlişiylə təbəssüm doğurur.

"Ləğv" serialın aktyor heyəti növbəti dəfə sübut etdi ki, uğurlu layihə etmək olar. Dedektivdən həyat dramı yaratmaq olar. Sergey bu gözəl serial üçün əla komanda toplayıb. Filmdə cinayət, onunla mübarizə, savaş, intriqa, məhəbbət və koloritli Odessa var. Hansını ki, Jukov sona qədər anlaya bilmir.

Serialın süjeti çox dolaşıq və dinamikdir. Serial məhəbbət tarixçələrini çoxlu sayda atışma səhnələri ilə əvəzləyir. Cəlbedici və maraq oyadan detektiv və dramatizm ürəyə toxuna bilir. Hadisələr müharibədən sonrakı Odessada baş versə də, havada müharibə qoxusu duyulur.

Bu serialın ağ-qara rəngli təqdimatı ona köhnə kino mühiti vermək üçün edilmiş fənddir. Bütüm ciddiyyət, qan və faciə arasında Odessanın duzlu yumoru tamaşaçı ilə birlikdədir. 10 il öncə çəkilsə də, yenidən baxılmalı serialdır. Anabacı Odessa gözləyir.

Elçin Əlibəyli





Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/192451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR