Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 51,58 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,01 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 50,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 24-də 46,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 24-də 49,95 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,02 dollar/barel çoxdur. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR