Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu

Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu
12:05 25 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki sakini ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çələbixan qəsəbəsində baş verib. 

Məlumata görə, martın 24-də günorta saatlarında qəsəbə sakini, 1983-cü il təvəllüdlü Vəliyev Vüsal Vasif oğlu zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Həkimlərin ilkin müayinəsi zamanı məlum olub ki, V.Vəliyev sirkə turşusundan zəhərlənib. Zəhərlənən şəxs həkimlərə sirkə turşusunu yaşadığı evdə səhv salaraq, ehtiyatsızlıqdan içdiyini bildirib. Ona xəstəxanada ilkin yardım göstərilib, vəziyyəti normal olduğundan ambulator müalicə almaq üçün evə buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/528928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR