Balaca qızın ürəyini yerinə qaytarmaq gərəkdir - FOTO

Balaca qızın ürəyini yerinə qaytarmaq gərəkdir - FOTO
12:12 25 Mart 2017
142 Maraqlı
Ölkə mətbuatı
A- A+

Həkimlər deyirlər ki, qızımın yaşama şansı azdır. Cərrahiyyə əməliyyatı olunmalı, balamın ürəyi yerinə qaytarılmalıdır. Çox qorxuram.

22 yaşlı Şayəstə Zahid təşviş içindədir. Çünki onün ötən həftə dünyaya gətirdiyi qızı Laribanın ürəyi çöldə, sinəsində, asılı vəziyyətdədir.

Milli.AZ Daily Mail-ə istinadən bildirir ki, Pakistanın Multan şəhərindəki dövlət xəstəxanasında doğulmuş Laribanın ürəyi, həkimlərin dediklərinə görə, normal funksiyadadır. Lakin bu ürək çöldədir.

"Ectopia cordis" diaqnozu qoyulmuş körpənin ürəyini yerinə qaytarmaq üçünsə çox mürəkkəb cərrahiyyə əməliyyatına ehtiyac duyulur.

Multan xəstəxanasındakı həkimlər onu da deyirlər ki, belə əməliyyatı Pakistanda gerçəkləşdirmək mümkün deyil. Laribanın Avropada əməliyyat olunması gərəkdir.

Şayəstə və onun əri, 28 yaşlı Bəluh dövlətdən, imkanlı adamlardan yardım gözləyirlər.

Balaca Lariba hazırda Lahor şəhərindəki mərkəzi hospitaldadır.

"Ectopia cordis" nadir genetik xəstəlikdir və yeni doğulmuş 126 min körpədən birində olur. Bu xəstəliyi olan uşaqların əksəriyyəti yaşamlarının ilk həftəsində ölürlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/528887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR