Bakıda çovğun olacaq

Bakıda çovğun olacaq
13:26 7 Yanvar 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda yolların buz bağlayacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamendindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 8-i Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacaq, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək, gecəyə doğru yolların buz bağlayacağı ehtimal olunur.

Temperatur 2-4 dərəcə isti, gündüz 0-a yaxın olacaq, axşama doğru 2 dərəcə şaxta olacaq.

Yanvarın 8-də rayonlarda da yağıntı olacaq, sulu qar, qara keçəcəyi gözlənilir. Arabir intensivləşəcək, şimal-qərb küləyi güclənəcək.

Rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 8-13 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə gecə 18-23 dərcə şaxta, gündüz 2-7 dərcə şaxta gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR