"Sabah Almaniya qalib gələcək" - MİLLİMİZİN YARIMMÜDAFİƏÇİSİ

"Sabah Almaniya qalib gələcək"  - MİLLİMİZİN YARIMMÜDAFİƏÇİSİ
12:27 25 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

 

Klubumda sabit oynamadığıma görə, Azərbaycan yığmasına çağırılmamağımı təbii qarşılayıram. Ancaq “bundestim”lə ikinci görüşədək çox şey dəyişə bilər”.   Fanat.Az xəbər verir ki, bu sözləri millimizin “milliləşdirilmiş” üzvü - 25 yaşlı yarımmüdafiəçi Tuğrul Erat deyib.


 

Almaniyanın aşağı liqa klubu “Duysburq”da oynayan Erat Almaniya mətbuatına Bernard Lippertin onu U-21-ə çağırmasından, Berti Foqtsla Robert Prosineçkinin fərqindən söz açıb. Sonda isə hər kəsi reallıqla barışmağa səsələyib:

“Lippert oyunumu bəyənirdi, müntəzəm olaraq gənclər yığmasına çağırırdı. U-21-in heyətində bir neçə qol vurmuşam. Onunla münasibətlərimiz üst səviyyədədi. Millinin sabiq çalışdırıcısı Foqtsa gəlincə, kənardan çətin adam təsiri bağışlayır. Əslində isə belə deyil. Səmimi insandı, lətifə danışmağı, zarafatlaşmağı sevir. Əvvəllər Azərbaycan yığmasının müdafiə problem ciddiydi. Foqtsun gəlişindən sonra yığma düzgün müdafiə olunmağa və təhlükəli əks-hücumlar qurmağa başladı.

 

Prosineçki futbolçuların topla çox oynamasını və daim hücum etməsini istəyir  Hardasa, “tika-taka”nı təlqin edir. Cari seçmə tsiklin ilk oyunları azarkeşlərdə eyforiya yaratdı. Amma reallıqla barışmaq lazımdı. Almaniyaya qarşı oynamaq çox çətindi. Məncə, sabah almanlar qalib gələcək”.

 

 

Qeyd edək ki, 2013-2014 aralığında Lippertin rəhbərliyi altında U-21-də oynayan Erat 2014-cü ildən əsas yığmaya çağırılıb.

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsabah-almaniya-qalib-glckquot-t57112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR