Almanlar futbolçularımıza 100 min manat qazandıra bilərlər

Almanlar futbolçularımıza 100 min manat qazandıra bilərlər
12:37 25 Mart 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Əgər Dünya çempionatı 2018-in sabahkı seçmə matçında Almaniyaya uduzmasalar, Azərbaycanın yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.

Milli.Az bildirir ki, "Azerifootball"un məlumatına görə, qələbə qazanacağı təqdirdə əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar.

Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.

Xatırladaq ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR