Uçot dərəcəsi aşağı salındı

Uçot dərəcəsi aşağı salındı
12:43 25 Mart 2017
Ölkə mətbuatı
A- A+

Rusiyada uçot dərəcəsi 0,25% azaldılaraq 9,75%-ə endirilib.

Publika.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının direktorlar şurası bu gün Rusiyada uçot dərəcəsinin azaldılmasına dair qərar qəbul edib.

Qərar martın 27-dən qüvvəyə minəcək.

Sonuncu dəfə Rusiyada uçot dərəcəsi ötən ilin sentyabr ayında 0,5% azaldılıb.

Rusiya Mərkəzi Bankı bəyan edib ki, ölkədə inflyasiya templəri gözləniləndən daha tez zəifləyib. Bu şərtlərlə sərt pul-kredit siyasətinin yumşaldılması ilin sonuna qədər 4%-lik qiymət artımına nail olmağa imkan verəcək.

Proqnozlara nisbətən infilyasiyanın gələcək dinamikası qiymətləndirilib, nəticədən asılı olaraq ilin 2-3-cü rüblərində uçot dərəcəsinin bir qədər də aşağı salınması gözlənilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/192456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR