"Beşiktaş"ın kəllə atan futbolçusu cəzalandırıldı

"Beşiktaş"ın kəllə atan futbolçusu cəzalandırıldı
12:47 25 Mart 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

UEFA "Beşiktaş"ın futbolçusu Vinsent Abubakarı cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Olympiakos"un futbolçusunu başla vuran kamerunlu forvard bunun acısını çəkib. 

Belə ki, o hərəkətdən sonra birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılarn Abubakar qitənin ali futbol qurumu tərəfindən 3 oyunluq cəzalandırılıb. 25 yaşlı hücumçu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın "Lion" klubuna qarşı matçlarda və komandası yarımfinala yüksələrsə, mərhələnin ilk oyununda iştirak edə bilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR